Nazir: “Əsassız təyin edilən pensiyaların ləğvi nəticəsində cari ilin 9 ayında 99 milyon manata qənaət edilib”
Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır. AYNA xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədəki çıxışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir aparılan optimallaşdırma işlərinin, eyni zamanda əsassız təyin edilən pensiyaların ləğvi nəticəsində cari ilin 9 ayında 99 milyon manata qənaət edildiyini bildirib: “Növbəti dövrlər ərzində bu istiqamətdə işlərin davam etdirilməsi nəticəsində həmin məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımına yönəldiləcək”.