Qış parkının qərib sakini və ya “məchul” Orxan kimdir?

Cəmiyyət

18.11.2019 - 13:38

“Zabratdakı sığınacağa getdim bir-iki dəfə, sonra istəmədim, ora mənə internatı xatırladır”

 

Qış Parkında yeraltı keçidlərdən birində döşəmədə yatmış oğlan gördüm. Düzü, ilk baxışda yaşının azlığını yəqin etdim, elə də şirin yatmışdı ki...

 

Yeraltı keçiddə pullu ayaqyoluna nəzarət edən yaşlı qadına yaxınlaşdım və öyrəndim ki, bu uşaq, əslində 24 yaşlı gəncmiş və ara-sıra bu keçiddə gecələyirmiş.

 

Qadın əvvəlcə suallarıma laqeyd, yorğun cavab verdi, sonra jurnalist olduğumu biləndə danışıq tərzini dəyişdi, qayğıkeş görkəm gəldi. 

 

Gəncin oyanma saatını gözləmədən ona yaxınlaşdım, oyatdım. Bayaqdan onun yanından laqeyd keçən insanlar da ayaq saxlayıb onunla maraqlanmağa başladılar. İlk baxışda səmimi görünən gənc mənə sənədlərini rahatlıqla təqdim etdi və dialoqumuz baş tutdu:

 

- Adın nədir, neçə yaşın var? Niyə burdasan?

 

- Adım Orxandır, 24 yaşım var. Qubadanam, 2012-ci ildən valideynlərimi itirmişəm, qohumlarım olsa da, kimsəsizəm.

 

- Bəs doğmaların necə? Onlar sənə baxmırlar?

 

- Bir necə dəfə getmişəm, sifət ediblər, ona görə getmək istəmirəm.

Raminə Eyvazqızı