Şabranda avtomobil maneyə çırpılıb, xəsarət alanlar var

Hadisə

09.02.2024 - 22:27

Ülkər Məcidova və İlyas Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

Şabranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində Məcidova Ülkər İslam qızı və Məmmədov İlyas İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az