Sabahın havası: bəzi yerlərdə yağış yağacaq

Xəbərlər

20.10.2022 - 15:41

cedabet dərman SEO Xidməti

Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda oktyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. 

Gün ərzində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-17° isti, gündüz 19°-dək isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Rayonların bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti, dağlarda gecə 1-5°, gündüz 6-10° isti olacağı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş