Bəzi rayonlarda yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
Azərbaycanda iyunun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Gecə 17-22 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq.
Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 19-24 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.