Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

24.08.2022 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda külək əsəcək

Avqustun 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 19-24, gündüz 32-36 dərəcə isti olacaq. Bakıda gecə 19-21, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.

Rayonlarda sabah hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 34-38 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş