Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

21.03.2022 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi rayonlarda qar yağacaq

Martın 22-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir, arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 17° şaxta, gündüz 3-7° şaxta olacaq.

Martın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş