Bakıda 10 dərəcə isti olacaq
Martın 10-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, səhər kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10, Bakıda gecə 4-6, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Rayonlarda havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° şaxta olacaq.