Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

25.01.2022 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Yanvarın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman.Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda əsasən yağmursuz, lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş