Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

28.12.2021 - 15:11

Həkimlər Klinikalar SEO Xidməti

Bakının bəzi yerlərində yağış yağacağı ehtimalı var

Bakıda və Abşeron yarımadasında dekabrən 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata əsasən, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş