Bakıda hava şəraiti yağmursuz olacaq
Yanvarın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % olacaq.
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda isə gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.