Bakı küləkli olacaq
Aprelin 20-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Cənub küləyi günün birinci yarısında arabir güclənəcək.
Gecə 9-12, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.