Sabahın hava proqnozu

Xəbərlər

22.12.2022 - 15:09

cedabet dərman SEO Xidməti

Ölkənin bəzi yerlərində hava yağıntılı olacaq

Azərbaycanda dekabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 8-11° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş