Sabahın hava proqnozu

Xəbərlər

21.01.2022 - 13:47

Ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Azərbaycanda yanvarın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 6-9° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə gecə 14-18° şaxta, gündüz 0-5° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Müəllif: Ayna.az