Sabah Füzuliyə növbəti köç baş tutacaq

Xəbərlər

06.09.2023 - 11:53

cedabet dərman SEO Xidməti

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən binalarda yaşayırlar

Sabah Füzuli şəhərinə növbəti köç baş tutacaq. AYNA xəbər verir ki, keçmiş məcburi köçkünlərin daha bir qrupu sentyabrın 7-də doğma Füzuli şəhərinə qayıdacaq.

Qeyd edək ki, Füzuli sakinlərinin doğma şəhərinə qayıdışına bu il avqustun 18-də başlanılıb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən binalarda yaşayırlar.

İndiyədək 70 ailənin (247) nəfərin Füzuli şəhərinə qayıdışı təmin edilib.

Birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş