Sabah Bakıda yağış yağacaq

Xəbərlər

13.12.2021 - 14:22

Həkimlər Klinikalar SEO Xidməti

Dekabrın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Dekabrın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Arabir güclənən cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş