Sabah 43 dərəcə isti olacaq

Xəbərlər

08.08.2023 - 13:37

cedabet dərman SEO Xidməti

Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Gecə 22-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Rayonlarda əsasən, yağmursuz hava olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək. Gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-43, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş