Saatlıda 50 yaşlı kişi intihar edib

Hadisə

26.09.2023 - 00:28

Zahid Abbasov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb

Saatlıda 50 yaşlı kişi intihar edib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Əbilkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Abbasov Zahid Vəli oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb.

İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az