Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib

Dünya

14.04.2022 - 04:39

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat yayıb

Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub.

AYNA xəbər verir ki, bu barədə Odessa hərbi adminstrasiyasının rəhbəri Maksim Marçenko bildirib.

“Biz təsdiq edirik ki, “Moskva” kreyseri sərhədçilərimizin göndərdiyi İlan adasında göndərdiyi raketlə vurulub” , - deyə Marçenko bildrib.

Hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində yanğın olduğunu bildirib.

Qeyd olunub ki, yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş