Rusiyanın daha üç regionunda botulizm yayılıb

Dünya

24.06.2024 - 14:13

Həkimlər Klinikalar SEO Xidməti

Yaroslavl, Tambov və Kostroma vilayətlərində botulizm yayılıb

Botulizm Rusiyanın daha üç regionuna yayılıb. AYNA xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı məlumat yayıb. Söhbət Yaroslavl, Tambov və Kostroma vilayətlərindən gedir.

Məlumata görə, orada daha 4 nəfər xəstəxanaya yerləşdirilib ki, bununla da ümumi yoluxma sayı 375 nəfərə çatıb. Onların əksəriyyətinin vəziyyəti orta-ağırdır.

Bundan əvvəl “Rospotrebnadzor” qeyd edib ki, botulizmə yoluxma hallarına görə Moskvada 85 tondan çox ərzaq məhsulu müsadirə edilib və satışına buraxılmayıb.

Moskva, Nijni Novqorod, Kazan və Moskva vilayətinin bəzi şəhərlərində botulizm halları qeydə alınıb.

Keçən həftə Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko Rusiya xəstəxanalarında botulizm xəstələrinin sayının 300-ü ötdüyünü bildirib. Sonra nazir qeyd edib ki, ümumi yoluxma sayı 301 nəfərdir. Onlardan 43 nəfəri süni nəfəs aparatına qoşulub.

Müəllif: Ayna.az