Avropa İttifaqının rəsmi jurnalında hüquqi akt dərc edilib
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sanksiyalarının bir hissəsi kimi qlobal əməliyyatları dəstəkləyən SWIFT şəbəkəsindən 7 Rusiya bankını xaric edir.
AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunub.
Bildirilib ki, SWIFT şəbəkəsində əməliyyatlarını dayandırmaq üçün 10 gün vaxt veriləcək Rusiya bankları "Bank Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Bank Rossiya", "Sovkombank", VEB.RF və Rusiyanın ikinci ən böyük dövlət bankı VTB-dir.
Xatırladaq ki, yalnız Aİ-nin rəsmi jurnalında dərc edilmiş hüquqi aktlar icbari gücə malikdir.