“Sputnik Moldova”nın rəhbəri ölkəyə girişinə 10 il qadağa qoyularaq deportasiya edilib
“Sputnik Moldova”nın rəhbəri Vitali Denisov Moldovadan ölkəyə girişinə 10 il qadağa qoyularaq deportasiya ediləcəyini bildirib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Kişinyovda miqrasiya xidmətinin əməkdaşları onun evinə gəlib, bundan sonra onu maşına mindirib və ilk reysdə deportasiya qərarı ilə hava limanına aparıblar.
Denisov qeyd edib ki, ona əşyalarını yığmağa və ev heyvanlarını özü ilə aparmağa icazə verilməyib.
Jurnalist əlavə edib ki, Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov hadisə ilə bağlı məlumatlandırılıb.