Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Rusiyada son sutka ərzində daha 10 263 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. AYNA-nın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 074 717 nəfərə çatıb.
Son sutka ərzində 233 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 373 500 nəfərə çatıb.