Rusiyada qubernatorlar istefa verirlər: Saratovun rəhbəri də vəzifəsindən getdi

Dünya

10.05.2022 - 19:48

Valeri Radaev vəzifəsini tərk edən üçüncü qubernatordur

Rusiyanın Saratov vilayətinin qubernatoru Valeri Radaev on illik vilayət rəhbəri işlədikdən sonra vaxtından əvvəl istefa vermək qərarına gəlib. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir. 

“Mən qubernator vəzifəsindən vaxtından əvvəl istefa verməklə bağlı qərar qəbul etmişəm. On il Saratov vilayətinə rəhbərlik etdim. Qarşıdan gələn seçkilərdə regionun rəhbəri seçilmək üçün namizədliyimi irəli sürməyəcəyəm", - deyə Radaev açıqlama verib. 

Onun sözlərinə görə, başqa sahədə işləmək istəyir. Radaev bunun hansı sahə olduğunu açıqlamayıb. 

Qeyd edək ki, bu gün Kirov vilayətinin qubernatoru İqor Vasilyev də vilayət rəhbəri vəzifəsini tərk etdiyini açıqlayıb.

Həmçinin Ryazan vilayətinin rəhbəri Nikolay Lyubimov növbəti müddətə vilayət rəhbəri vəzifəsinə namizədliyi irəli sürülməyəcək. Bundan başqa, Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin də vəzifəsini tərk edib.

Müəllif: Ayna.az