Rusiyada prezident seçkilərində “exit-poll”un nəticələri açıqlanıb

Dünya

17.03.2024 - 23:27

Putin seçkilərdə 87 faiz səslə qalib gəlib

Rusiyada keçirilən prezident seçkilərində “exit-poll” nəticələrinə görə, Vladimir Putin 87 faiz nəticə ilə qalib gəlib. AYNA xəbər verir ki, məlumatı Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi yayıb.

Kommunist Partiyası fraksiyasının üzvü Nikolay Xaritonov 4,6 faiz, Yeni Xalq Partiyasının üzvü Vladislav Davankov 4,2 faiz, LDPR lideri Leonid Slutski 3 faiz səs toplayıb.

Etibarsız bülletenlərin payı 1,2 faiz təşkil edib.

Sorğu martın 15-dən 17-dək Rusiyanın 69 regionunda 1,4 min seçki məntəqəsində aparılıb.

Sorğuda 466 324 nəfər iştirak edib, respondentlərin 60,4 faizi sualları cavablandırıb. 39,6 faiz cavab verməkdən imtina edib. “Exit-poll” nəticəsi ölçmə xətası, uzaqdan elektron səsvermənin təsiri və respondentlərin yüksək faizinə görə rəsmi nəticədən fərqlənə bilər.

Müəllif: Ayna.az