Kamçatkanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib
Rusiyada güclü zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.
Bildirilib ki, Kamçatkanın cənubunda 6,1 bal gücündə təkanlar qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, təkan iki dəfə hiss olunub. İkinci təkan güclü olub, evlərdə çilçıraqlar yellənib.