Rusiyada 27 məktəbli qidadan zəhərlənib

Dünya

25.11.2021 - 08:37

Həkimlər Klinikalar SEO Xidməti

Bu, Rusiyada son günlər baş verən ilk kütləvi zəhərlənmə deyil

Rusiya Federasiyasının Bryansk vilayətində 27 məktəblidə qida zəhərlənməsi aşkarlanıb.

AYNA "Report"a istinadən xəbər verir ki, ölkənin İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – "Rospotrebnadzor"un mütəxəssisləri Klimovskdakı 1 saylı orta məktəbin 27 şagirdində zəhərlənmə qeydə alıb.

Şöbənin mütəxəssisləri tərəfindən faktla bağlı sanitar-epidemioloji araşdırma aparılır.

Qeyd edək ki, bu, Rusiyada son günlər baş verən ilk kütləvi zəhərlənmə deyil. Bundan əvvəl Udmurtiyanın Karakulino kəndində məktəblilərin kütləvi zəhərlənməsindən sonra sanitar-epidemioloji qaydaların pozulması ilə bağlı cinayət işi açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş