Rusiya XİN: Ukrayna ilə istənilən formatda danışıqlara hazırıq

Dünya

16.03.2022 - 12:37

Həkimlər Klinikalar SEO Xidməti

Filipson: "Təbii ki, əgər onlar faydalı və dinc danışıqlara imkan yaradırsa"

Rusiya Ukrayna üzrə istənilən dialoq formatına hazırdır. AYNA "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Filipson deyib.
 
"Bu günə qədər Belarusda Rusiya-Ukrayna məsləhətləşmələrinin bir neçə raundu keçirilib, danışıqlar prosesi davam edir. Biz ilkin olaraq istənilən ünsiyyət formatına hazır olduğumuzu bəyan etmişik. Təbii ki, əgər onlar faydalı və dinc danışıqlara imkan yaradırsa”, - deyə XİN rəsmisi qeyd edib.

Filipsonun sözlərinə görə, Moskva danışıqlarda milli təhlükəsizlik maraqlarını, Prezident Vladimir Putin tərəfindən səsləndirilən prinsipləri qeyd-şərtsiz nəzərə alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş