Rusiya XİN rəsmisindən liderlərin Soçi görüşü barədə AÇIQLAMA

Aktual

31.10.2022 - 08:44

Rudenko: “Bu görüş sülh müqaviləsinin imzalanması yolunda irəliləməyə imkan verəcək”

“Rusiya hesab edir ki, oktyabrın 31-də Soçidə olacaq üçtərəfli sammit Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasına gedən yolda irəliləyişə imkan verəcək”. AYNA xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Rudenkonun fikrincə, bu gün keçiriləcək Soçi görüşündə bütün məsələlərə toxunulacaq: “Ümid edirik ki, bu görüş bir sıra məsələlər barədə, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda irəliləməyə imkan verəcək”.

XİN rəsmisi ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasının ehtimalı haqqında Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərini şərh edərək deyib ki, görünür, Paşinyanın belə danışması üçün hansısa əsasları var.

Müəllif: Ayna.az