Sergey Lavrov: “Bəziləri bu xətti “dondurmaq” və gələcəkdə nə edəcəyini düşünməyə başlamaq istəyir”
“Ukraynadakı münaqişə yalnız Donbassdakı təmas xəttini “dondurmaqla” həll edilə bilməz”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz heç vaxt ABŞ və onun peyklərinin Rusiya ilə qarşıdurma üçün Ukraynaya silah verməsi nəticəsində yaranan problemləri həll etməkdən imtina etməmişik”, - Lavrov əlavə edib.
Rusiyanın baş diplomatı qeyd edib ki, bu problemləri yalnız Donbassdakı təmas xəttinə qarşı çıxmaqla həll etmək olmaz: “Çünki bəziləri bu xətti “dondurmaq” və gələcəkdə nə edəcəyini düşünməyə başlamaq istəyir. Hesab edirəm ki, hər kəs baş verənlərin geosiyasi mahiyyətini anlayır”.