“Peycerlərin kütləvi partlaması terrorun yeni növüdür”
“Moskva Livandakı hadisələrdən narahatdır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə deyib.
Onun sözlərinə görə, peycerlərin kütləvi şəkildə partlaması terror hücumunun və texnologiyadan istifadənin tamamilə yeni növüdür.