Rusiya XİN 8 hərbçinin Ermənistana verilməsini alqışlayıb

Dünya

10.02.2022 - 00:28

Həkimlər Klinikalar SEO Xidməti

Mariya Zaxarova brifinq keçirib

"Bu ilin fevralın 7-də Azərbaycanın 8 erməni hərbçisini Ermənistana verməsini alqışlayırıq".

AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Əlbəttə ki, Azərbaycan-Ermənistan münasibətlərindən bu problemli məsələni tezliklə çıxarmaq lazımdır. Saxlanılan şəxslərin mübadiləsini “hamının hamıya” formulu əsasında bitirmək lazımdır. 2020-ci il dekabrın 2-də Rusiyanın vasitəçiliyi ilə 146 nəfər geri qaytarılıb. Onlardan 127 nəfər Ermənistan tərəfinə, 19 nəfər isə Azərbaycan tərəfinə qaytarılıb. Sözsüz ki, biz buna paralel olaraq münaqişə zamanı itkin düşmüş şəxslərin tapılmasına səylərin göstərilməsini vacib hesab edirik. Buna həm milli, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi yardım göstərəcəyik”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş