Rusiya və litvalı alpinistlər Qırğızıstanda itkin düşüblər

Dünya

29.07.2023 - 01:44

cedabet dərman SEO Xidməti

Hazırda 23 xilasedici turistlərin axtarışı ilə məşğuldur

Üç Rusiya və bir Litva vətəndaşı Qırğızıstan dağlarında yoxa çıxıb. AYNA APA-ya istinadən xəbər verir ki, itkin düşənlər alpinistlər iyulun 11-də dağ turizmi təşkil edən “Aksai Travel” şirkəti ilə müqavilə imzalayıblar.

“Həmin gün onlar Pobeda zirvəsinə çatdılar. Turist qrupu sonuncu dəfə iyulun 19-da 6900 m yüksəklikdən əlaqə saxlayıb”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.

İyulun 27-də Rusiya Fövqəladə Hallar Nazirliyi Qırğızıstana əməliyyat-axtarış tədbirlərinin aparılması üçün sorğu göndərib. Hazırda 23 xilasedici turistlərin axtarışı ilə məşğuldur. Aksai turizm şirkəti helikopter vasitəsilə itkin düşənləri təkbaşına tapmağa çalışsa da, bu cəhd uğursuz alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş