"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb"

Dünya

08.07.2022 - 00:37

Həkimlər Klinikalar SEO Xidməti

Putin Rusiyanın sülh danışıqlarından imtina etmədiyini deyib

"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”.

AYNA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib.

"Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq", - Rusiya lideri əlavə edib.

Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.

"Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər", - Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş