Bodrumda iki rusu qətlə yetirməkdə şübhəli bilinən litvalı DİN-in axtarışındadır
Türkiyədə iki Rusiya vətəndaşının qətlində şübhəli bilinən şəxs Rusiya Daxili İşlər Nazirliyinin (DİN) axtarış siyahısındadır. AYNA rus mediasına istinadən bildirir ki, söhbət Litva vətəndaşı Andrey Kusleviçdən gedir.
Onun konkret hansı cinayət maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.
Qeyd edək ki, "Habertürk" Türkiyənin Bodrum şəhərində bir qadın və bir qız meyitinin tapıldığı barədə məlumat yayıb. Bundan sonra ölü tapılan rus qadının model olduğu üzə çıxıb.
Türkiyədə öldürülən Rusiya vətəndaşının oğlu isə rus mediasına cinayəti onun Litva vətəndaşı olan ögey atası ola biləcəyini deyib.