Ermənistan tərəfi Rusiya tərəfinə qarşı heç bir iddiasının olmadığını bildirib
Rusiya sərhədçiləri çərşənbə günü, iyulun 31-də İrəvanın Zvartnots hava limanındakı keçid məntəqəsini rəsmən tərk ediblər. AYNA “News.am”a istinadən bildirir ki, keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi altında Ermənistan tərəfinə verilməsi haqqında protokolu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunlarının komandanı Edqar Hunanyan və Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski imzalayıblar.
Sənəddə qeyd olunur ki, Ermənistan tərəfi Rusiya tərəfinə “sərhəd nəzarətinin təmin edilməsində uzunmüddətli birgə xidmətə görə” təşəkkür edib və “Rusiya tərəfinə qarşı heç bir iddiasının olmadığını” bildirib.
Ermənistan Parlamentinin spikeri Alen Simonyan Rusiya sərhədçiləri Zvartnots hava limanında pasport nəzarətini gecə saat ikidən dayandırıb.
“Erməni sərhədçilərinə yaxşı və təhlükəsiz xidmət arzulayıram”, - o, “X” sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Rusiya sərhədçiləri 1992-ci ildən Zvartnots hava limanında sərhəd-keçid məntəqəsində erməni sərhədçiləri ilə birgə işləyirlər.