Rusiya raket və PUA-larla Ukraynadakı enerji obyektlərinə hücum edib

Dünya

28.11.2024 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Hücumlar Kiyev, Sumı, Xarkov, Volın və Kirovoqrad vilayətlərinə edilib

Rusiyanın enerji infrastrukturuna raket və pilotsuz təyyarələrlə (PUA) hücumu nəticəsində Ukraynada elektrik enerjisi müvəqqəti olaraq kəsilib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko deyib.

Hücumlar Kiyev, Sumı, Xarkov, Volın və Kirovoqrad vilayətlərinə edilib. Rivne və Lutskda partlayışlar baş verib. Odessa və Kropivnitskidə də partlayış səsləri eşidilib.

Ölən və ya yaralananlar barədə məlumat yoxdur.

Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov deyib ki, Xarkova üç zərbə endirilib. Şəhərin ən böyük rayonlarından biri raket atəşinə tutulub.

Hazırda bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş