Rusiya qoşunları Xarkovdan geri çəkilir

Aktual

14.05.2022 - 01:42

Rusiya Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərindən geri çəkilir. Bu barədə AYNA Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsinə istinadən xəbər verir. Qeyd edilir ki, Rusiya qoşunları bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib. “Düşmən Slobojansk istiqamətində əsas səylərini Xarkov şəhərindən öz bölmələrinin çıxarılmasına yönəldib”, - deyə məlumatda deyilir.

Bundan əlavə, Rusiya qoşunları Ukrayna Müdafiə Qüvvələri bölmələrinin İzyum yaxınlığında öz qrupunun arxasına keçməsinin qarşısını almağa çalışır: “Düşmən Petrovka, Pitomnik, Russki Tişki və Ternovoye yaşayış məntəqələri rayonlarında Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib".

Müəllif: Ayna.az