Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobili Ağdamdan Xankəndiyə yola düşüb - FOTOLAR

Xəbərlər

12.09.2023 - 10:29

cedabet dərman SEO Xidməti

TIR Rusiya sülhməramlılarının postundan Əsgəran-Xankəndi istiqamətinə keçib

Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük bu dəqiqələrdə Ağdamdan Xankəndiyə yola düşüb.

AYNA xəbər verir ki, ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Rusiya sülhməramlılarının postundan Əsgəran-Xankəndi istiqamətinə keçib. Yükün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndinə keçmək üçün 2 gün idi ki, Bərdədə gözləyirdi.

Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobili Ağdamdan Xankəndiyə yola düşüb - Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobili Ağdamdan Xankəndiyə yola düşüb - Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobili Ağdamdan Xankəndiyə yola düşüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş