"Bizim vahid hava hücumundan müdafiə sistemimiz var”
Qırğızıstan Rusiyadan S-300 zenit-raket kompleksi alıb. AYNA.AZ “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib.
"Bizim vahid hava hücumundan müdafiə sistemimiz var. İndi biz bu birgə sistemin elementlərini - S-300-ü almışıq", - İmankulov qeyd edib.
Nəşr yazıb ki, komplekslər artıq Qırğızıstan ərazisində yerləşir və onları Bişkekdə Qələbənin 80 illiyinə həsr olunmuş hərbi paradda nümayiş etdirmək olar.
“İzvestiya” xatırladır ki, hava hücumundan müdafiə sistemləri ölkədə vahid hava hücumundan müdafiə sisteminin elementləri kimi işləyir.
Bundan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarovun Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçirilən bayram tədbirində iştirak edəcəyi barədə məlumat verilib.