Rusiya ordusu Ukrayna şəhərlərinə kütləvi raket zərbələri endirib

Dünya

19.04.2024 - 14:38

Şəhərlərə zərbələr nəticəsində üç nəfər ölüb, 30 nəfər yaralanıb

Aprelin 19-na keçən gecə rus ordusu Dnepr şəhərinə hücum edib. AYNA UNİAN-a istinadən bildirir ki, hücum nəticəsində beşmərtəbəli bina qismən dağılıb.

Xilasetmə əməliyyatları zamanı 6 nəfər dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Krivoy Roq şəhərində infrastruktur obyektlərindən birinə hava hücumu zamanı 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bu barədə jurnalistlərə şəhərin meri Boris Filatov məlumat verib.

Pavloqrad şəhəri də raket hücumlarına məruz qalıb. Zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər isə ağır yaralanıb.

Sinelnikovo da raketlərdən atəşə tutulub, ölənlər və yaralananlar var. Yaralılar arasında uşaqlar da var. 4 fərdi yaşayış evi qismən dağılıb, daha 8 evə ziyan dəyib.

Müəllif: Ayna.az