Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Rusiyanın Hava Kosmik Qüvvələri ötən gecə ərzində Ukraynada 69 hərbi obyekt vurub. AYNA-nın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, vurulan hərbi obyektlər arasında dörd komanda məntəqəsi, dörd zenit-raket kompleksi, onlardan üçü S-300 və bir Buk-M1, bir istiqamətləndirici və hədəf radiolokasiya stansiyası, 12 raket və artilleriya silahları anbarı, o cümlədən 43 hərbi texnikanın toplandığı yer var.
Rusiya MN sözçüsü Odessa vilayətində Ukrayna qoşunlarının elektron kəşfiyyat mərkəzlərini məhv etmək üçün “Bastion” sahil raket sistemlərindən istifadə edildiyini, İvano-Frankovsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını məhv etmək üçün isə ilk dəfə “Kinjal” hipersəs raketlərindən istifadə edildiyini açıqlayıb.