Rusiya Kiyev və Çerniqov cinahlarından çəkilir

Dünya

29.03.2022 - 18:04

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Müdafiə Nazirliyi qərar verib

Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları kəskin şəkildə azaltmaq qərarına gəlib. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.

“Ukraynanın neytrallığı və qeyri-nüvə statusu haqqında sazişin hazırlanması, həmçinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqların bugünkü görüşdə müzakirə olunan prinsiplər də nəzərə alınmaqla praktiki müstəviyə keçməsi ilə əlaqədar Rusiya Federasiyası Müdafiə Nazirliyi qərar verib", - deyə Fomin bildirib. 

Nazir müavini qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən qarşılıqlı etimadı artırmaq və danışıqları davam etdirmək, eyni zamanda yuxarıda qeyd olunan sazişin imzalanması ilə bağlı son məqsədə nail olmaq üçün lazımi şərait yaratmaq naminə Kiyev və Çerniqov istiqamətində hərbi aktivliyin kəskin şəkildə azaldılması qərara alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş