Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi dayandırılıb

Dünya

29.05.2024 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynanın uydurma tələbləri səbəbindən Moskva ilə Kiyev arasında əsir mübadiləsi bir neçə aydır dayanıb”

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi dayandırılıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova bildirib.

Moskalkova buna görə Ukrayna tərəfini günahlandırıb. Qeyd edib ki, Ukraynanın “uydurma tələbləri” səbəbindən Moskva ilə Kiyev arasında əsir mübadiləsi bir neçə aydır dayanıb.

“Biz Ukrayna Ombudsmanı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə dialoq aparırıq. Razılığa əsasən, biz hər gün qarşılıqlı səfərlər edirik: Ukrayna Ombudsmanı bizim hərbi əsirlərə baş çəkir, mən ukraynalı hərbi əsirlərə baş çəkirəm. Biz hər iki tərəfdən 700-dən çox vətəndaşa baş çəkdik, əşyalar və məktublar göndərməyə razılaşdıq”, - Moskalkova vurğulayıb.

Onun sözlərinə görə, belə bir humanitar dəhliz hakimiyyət tərəfindən dəstəklənir və onun işi davam etdiriləcək.

Müəllif: Ayna.az