“Rusiya elektron vizaların verilməsi üçün ölkələrin siyahısını genişləndirəcək”

Dünya

29.05.2024 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

“Bu siyahıya əlavə oluna biləcək konkret ölkələrin adını çəkməyin tez olduğunu düşünürük"

Rusiyaya elektron vizaların verilməsi üçün ölkələrin siyahısını genişləndiriləcək, lakin bu barədə əvvəlcədən məlumat verilməyəcək. AYNA xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov çıxış edib.

"Rusiya Federasiyası hökuməti bu məsələ ilə bağlı qərar qəbul edənə qədər, bu siyahıya əlavə oluna biləcək konkret ölkələrin adını çəkməyin tez olduğunu düşünürük", - Klimov bildirib.

Daha əvvəl bildirilmişdi ki, Almaniya vətəndaşları Rusiyaya elektron viza müraciətlərində liderlər sırasındadır.

Müəllif: Ayna.az