Rusiya Avropa İttifaqının yeni sanksiyalarına cavab verəcək

Dünya

07.12.2022 - 12:34

Zaxarova: “Rusiya çoxdan sanksiyaların daimi təzyiqinə uyğunlaşıb”

Rusiya Avropa İttifaqının tətbiq etdiyi istənilən sanksiyalara tutarlı cavab verəcək. AYNA xəbər verir ki, bu barədə “Sputnik” radiosunun efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Siz çox gözəl bilirsiniz ki, istənilən sanksiyalara ölkəmizin maraqlarına əsaslanan proporsional cavab verilir”, - Zaxarova qeyd edib.

Diplomatın sözlərinə görə, Moskvanın cavabı idarələrarası formatlarda işlənəcək və lazımi şəkildə əlaqələndiriləcək: “Rusiya çoxdan sanksiyaların daimi təzyiqinə uyğunlaşıb”.

Qeyd edək ki, dekabrın 5-də Rusiya neftinin Avropa İttifaqı ölkələrinə dənizdən nəqlinə qadağa qoyulmasını nəzərdə tutan əvvəlki sanksiyalar paketlərindən biri qüvvəyə minib. Eyni zamanda, Rusiya neftinin 60 dollardan yuxarı qiymətə daşınması və sığortalanmasına qadağa qoyulması qərarı qüvvəyə minir.

Müəllif: Ayna.az