Loqvinov: “Avropa İttifaqı Rusiyaya düşmən olan assosiasiyaya çevrilib”
Rusiyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Kirill Loqvinov Aİ-ninh ölkəsinə düşmən olduğunu bəyan edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Diplomatın sözlərinə görə, Aİ Rusiyaya düşmən olan assosiasiyaya çevrilib: “Biz Aİ-nin Rusiya ilə bağlı siyasətində, xüsusən də yaxın gələcəkdə müsbət dəyişikliklər gözləmirik. Brüssel gizlətmir ki, hətta “Blitzkrieg”in dağılmasına baxmayaraq, onlar uzun məsafə üçün oynamağa hazırdırlar”.
Loqvinov Aİ-nin son illərdə Brüsselin buraxdığı strateji səhvləri etiraf etməyə və onları düzəltməyə hazır olduğuna şübhə edib.
Bundan əvvəl Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ilə NATO arasında hipotetik müharibə olacağı təqdirdə apokalipsis və hər şeyin bitəcəyini proqnozlaşdırmışdı. O xatırladıb ki, NATO ölkələrinin rəhbərləri daim Rusiya ilə müharibəyə hazırlaşmağın zəruriliyindən danışırlar. Eyni zamanda, Medvedev qeyd edib ki, Moskva dəfələrlə Aİ və NATO ölkələri ilə münaqişə planlarının olmamasını açıqlayıb.