Rus mediasını əsir almış bütün “yan”ların həzin sonu yaxınlaşır - Demədi deməyin!

Aktual

17.05.2022 - 15:04

Yaxında "Russia Today", "Sputnik" kimi iyrənc qurumların silinib yox olmalarını birlikdə görəcəyik

“Hazırkı şəraitdə dövlət ilk növbədə maksimum auditoriyaya malik olan böyük KİV-lərə kömək etməlidir”. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib, bu gün.

Demək ki, pulları tükənir rusların. Yəni əvvəlki kimi xurcunun ağzını açıb “paçka-paçka” pul paylaya bilmirlər.

Bu da öz nəvbəsində o deməkdir ki, Kreml indən sonra bütün dəstəyini TASS, "RİA Novosti" kimi media quruluşlarına göstərəcək. 

Yəni ki, başda Marqarita Simonyan, Aram Qabrelyanov olmaqla, rus mediasını əsir almış bütün “yan”ların həzin sonu yaxınlaşır. Yaxında "Russia Today", "Sputnik" kimi iyrənc qurumların silinib yox olmalarını birlikdə görəcəyik. 

Hələ bu harasıdır…

Müəllif: İbrahim Nəbioğlu