Hadisə nəticəsində iki nəfər həlak olub
Rumıniyada təyyarə qəzası olub. AYNA xəbər verir ki, bu barədə “Digi-24” telekanalı məlumat yayıb.
Ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təyyarə Letka Noue aerodromunun yaxınlığındakı meşəyə düşüb.
Hadisə nəticəsində iki nəfər həlak olub.
Qəza yerinə 3 yanğınsöndürən maşını və 3 təcili yardım maşını gəlib, hadisənin səbəbləri araşdırılır.