“Ukraynanın Vaşinqton və ABŞ Prezidenti Donald Tramp administrasiyasının köməyi olmadan mövcudluğuna son qoyulacaqdı”
“Ukraynanın Vaşinqton və ABŞ Prezidenti Donald Tramp administrasiyasının köməyi olmadan mövcudluğuna son qoyulacaqdı”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
Rubio Hindistanda jurnalistlərə bildirib: "Əgər Tramp administrasiyası dövrü də daxil olmaqla, ABŞ-ın köməyi olmasaydı, Ukrayna bu gün mövcud olmazdı. O, suveren dövlət kimi mövcud olmazdı".
ABŞ dövlət katibi "Wall Street Journal" qəzetinin “SpaceX”in qurucusu İlon Maskın Ukraynada “Starshield” peyk rabitə sisteminin fəaliyyətinin məhdudlaşdırılmasında iştirak etdiyini iddia edən xəbərinə də münasibət bildirib. Rubionun sözlərinə görə, Tramp administrasiyası bu cür məhdudiyyətlərə icazə verməyib.